
BAKI, 26 fevral. TELEQRAF
Türkiyə Ukrayna tərəfinin təqdim etdiyi, ölkənin bərpası ilə bağlı layihələrin siyahısını alıb və bu barədə addımlar bu ilin yazında atılacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.
Nəşr bildirir ki, siyahı Ukraynanın müvafiq qurumları tərəfindən tərtib olunub və Türkiyədəki səfirlik vasitəsilə təqdim edilib. Siyahıya daxil olan layihələrin həyata keçirilməsi təxirəsalınmazdır və 2025-ci ildə başa çatdırılmalıdır. Tenderlər isə aprel-may aylarında keçiriləcək.
Siyahıya enerji, sosial yaşayış binalarının inşası və su təchizatı sistemlərinin qurulması ilə bağlı layihələr daxildir. İnfrastruktur sahəsində isə Kiyev üçün ən önəmli layihələr avtomobil yollarında mövcud gömrük və yoxlama məntəqələrinin bərpası və ya yenilənməsi, yeni avtomagistralların inşası və ölkə üzrə ödənişli yolların yaradılmasıdır.
Qeyd edək ki, Türkiyə daha əvvəl dəfələrlə Ukraynanın bərpasında iştirak etməyə maraqlı olduğunu açıqlamışdı.