.jpg)
BAKI, 26 fevral. TELEQRAF
Başqa sahələrdə də attestasiyaların keçirilməsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Adil Kərimli Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarətindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu, mövcud potensialın diaqnostikası, bu sahədə çalışan şəxslərin peşəkar vərdişlərinin müəyyən edilməsi və qiymətləndirilməsi məqsədi daşıyır.
"Dövlət tərəfindən Mədəniyyət Nazirliyinin xətti ilə təqaüd proqramları çərçivəsində iki il ərzində 20-dən çox tələbənin xarici ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsil alması proqramı reallaşdırılıb. Bu, tələbələrin müxtəlif xarici ölkələrin nüfuzlu universitetlərində, incəsənətin fərqli sahələri üzrə, xüsusilə mədəniyyət və incəsənət menecmenti sahəsində ixtisaslı kadrların formalaşdırılmasına xidmət edəcək", - deyə nazir əlavə edib.