
BAKI, 26 fevral. TELEQRAF
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb.
Teleqraf-ın xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, xarici işlər naziri Ceyhun Bayramovun səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşü nəzərdə tutulub.