.jpg)
BAKI, 26 fevral. TELEQRAF
İsrail hərbi qüvvələri Livanın Bekaa vadisində "Hizbullah" hərəkatına məxsus silah obyektinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri "Telegram" kanalında məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri həmçinin "Hizbullah"ın fəaliyyətini İsrail və Livan arasında atəşkəs razılaşmasının kobud şəkildə pozulması hesab edir.