
BAKI, 26 fevral. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, Zelenski və Tramp fevralın 28-də görüşüb faydalı qazıntıların çıxarılmasına dair saziş layihəsini müzakirə edəcəklər.
Agentlik yazır ki, Ağ Ev bu xəbərə şərh verməkdən imtina edib.