
BAKI, 26 fevral. TELEQRAF
"Türkiyədə hazırlanan yeni “Altay” tankı 2025-ci ildə ölkə ordusunun xidmətinə veriləcək".
Teleqraf xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Departamentinin rəhbəri Haluk Gergün məlumat verib.
“Bu il söz verdiyimiz kimi, ilk istehsal tanklarımızı qəhrəman ordumuza təhvil verəcəyik. Planlarımıza həmçinin avqust ayında zavodumuzun açılması və bütün zirehli texnikalarımızın istehsalı prosesinin başlanması daxildir", - Haluk Gergün deyib.
Gergün bildirib ki, 2025-ci ildə hərbçilər üç cür tank alacaq. Ümumilikdə, onlar T1 konfiqurasiyasında "85 Altay" yığmağı planlaşdırırlar. Onun sözlərinə görə, 2028-ci ilə qədər Türkiyə ordusunun arsenalında 165 "Altay" tankı olacaq.