BAKI, 26 fevral. TELEQRAF

İŞİD qruplaşması Hollandiya və Almaniyada keçiriləcək karnavallarda terror aktları törətmək istəyir.

Teleqraf xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Nəşrin məlumatına görə, terrorçular Kölndə və Bavariyanın Nürnberq şəhərində karnavallar zamanı insanlara hücum etməyi planlaşdırırlar.

Bu günlərdə keçirilən kütləvi şənliklərdə yüz minlərlə insan iştirak edir. Hücumların mümkün hədəfləri arasında Rotterdamdakı "Sevgi festivalı" da var.