
BAKI, 23 fevral. TELEQRAF
Roma Papası Fransiskin vəziyyəti kritik olaraq qalır.
Teleqraf xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dünən axşamdan bəri ona hemoqlobin səviyyəsinin artması üçün iki doza konsentrasiyalı qırmızı qan vurulub.
"Bəzi qan testləri erkən yüngül böyrək çatışmazlığını göstərir. Papa hazırda nəzarət altındadır", - mətbuat xidmətindən bildirilib.
Fransisk Romadakı Gemelli Xəstəxanasında oksigen terapiyası alır.
Qeyd edək ki, fevralın 14-də 88 yaşlı Papa tənəffüs yolu infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Buna görə o, Slovakiyanın Baş naziri Robert Fiko və "CNN"in baş direktoru Mark Tompsonla görüşlərini ləğv etməli olub.