BAKI, 17 fevral. TELEQRAF

Feldmarşal, Liviya Milli Ordusunun Ali Baş Komandanı Xəlifə Belqasım Haftar Belarusa səfərə gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Belarusun xəbər agentliyi BelTA məlumat yayıb.

Feldmarşalı hava limanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-leytenant İvan Tertel qarşılayıb.

Onun səfər məqsədinin Liviya və Belarus arasında humanitar və sosial sahədə qarşılıqlı fəaliyyət, eləcə də iqtisadi əməkdaşlıq olduğu bildirilir.

Xatırladaq ki, Liviyada uzun müddətdir paralel olaraq iki icraedici orqan mövcuddur: Tripolidə Milli Razılıq Hökuməti və ölkənin şərqində Xəlifə Haftarın Liviya Milli Ordusunun dəstəklədiyi müvəqqəti kabinet.