
BAKI, 20 fevral. TELEQRAF
Ukrayna Avropa İttifaqına üzv olsa, birlik dağılacaq.
Teleqraf xəbər verir ki, bunu "RT" telekanalına müsahibəsində almaniyalı deputat Sevim Daqdelen deyib.
Almaniyalı deputat qeyd edib ki, Ukrayna tam korrupsiyalaşmış ölkədir, orada demokratiya yoxdur. Bundan başqa, müxalifət partiyaları və KİV-in fəaliyyətinə qadağa qoyulub.
“Hərbi baxımdan da problemlidir, hərbi öhdəliyi var. Bu, o deməkdir ki, Ukraynanın NATO-ya, və ya Aİ-yə üzvlüyü problemlər yaradacaq”, – Daqdelen qeyd edib.
O əlavə edib ki, təkcə respublikanın inteqrasiyası ittifaqa 186 milyard avroya başa gələcək.