
BAKI, 19 fevral. TELEQRAF
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) İraqın şimalındakı Qara və Hakurk bölgələrində 9 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Milli Müdafiə Nazirliyinin məlumatında deyilir:
"Türk Silahlı Qüvvələri terrorçulara möhlət vermir. Şimali İraqın Qara və Hakurk bölgələrində müəyyən edilən 9 PKK terrorçusu zərərsizləşdirilib. Terror hədəflərini effektiv şəkildə vurmağa davam edəcəyik".