BAKI, 19 fevral. TELEQRAF

Fevralın 20-də Fələstinin "HƏMAS" hərəkatı Qəzza zolağında öldürülən girovların, o cümlədən Bibas ailəsinin üzvlərinin cəsədlərini İsrail tərəfinə təhvil verəcək.

Teleqraf xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qrupunun rəsmi nümayəndəsi Əbu Ubeydə məlumat yayıb.

“İsraillə mübadilə müqaviləsinin bir hissəsi olaraq, Bibas ailəsinin üzvlərinin və Oded Lifşitzin cəsədlərini cümə axşamı qarşı tərəfə təhvil verəcəyik", - o bildirib.

Onun sözlərinə görə, həlak olanların hamısı İsrailin Qəzzaya atdığı raketlərin qurbanlarıdır.

Kfir Bibas 7 oktyabr 2023-cü ildə HƏMAS silahlıları tərəfindən girov götürüləndə doqquz aylıq idi, onun qardaşı Arielin isə dörd yaşı var idi. Onlar valideyni ilə birlikdə Qəzzaya aparılmışdılar.