
BAKI, 19 fevral. TELEQRAF
Rusiya ilə sərhəddə yerləşən Qərbi Qazaxıstan vilayətində pilotsuz təyyarə qəzaya uğrayıb.
Teleqraf "Orda.kz"a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının məlumatında qeyd olunub.
Bildirilir ki, aşkarlanan PUA-nın uzunluğu 120 sm-dir və onun xarici görünüşü Fransanın "Sagem" şirkəti tərəfindən istehsal olunan "Crecerelle" kəşfiyyat PUA-nın xüsusiyyətlər ilə uyğundur. Cihaz Qazaxıstan hərbçilərinə təhvil verilib.
Uyalı kəndi Rusiyanın Volqoqrad, Həştərxan və Saratov şəhərlərindən təxminən 300 km məsafədə yerləşir. Qəsəbədən 250 km aralıda Rusiyanın ballistik raketlərin sınaqlarının keçirildiyi Kapustin Yar hərbi poliqonu yerləşir.