BAKI, 20 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Ukraynada sülh danışıqlarından əvvəl Kiyevlə təbii resurs məsələsində razılığa gəlmək istəyir.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Vaşinqton ilkin mərhələdə sadələşdirilmiş saziş bağlamağa və detalları daha sonra razılaşdıra bilər.

Lakin Ukrayna Prezidenti Volodimir Zelenski Tramp administrasiyası ilə eyni fikirdə deyil.

Belə ki, rəsmi Kiyev ötən həftə Vaşinqtonun irəli sürdüyü ilk təklifi rədd edib.

Rədd cavabı onu göstərdi ki, tərəflər arasında tam hüquqlu razılığın əldə olunması üçün vaxt lazımdır.

Xatırladaq ki, Zelenskinin bir neçə gün əvvəl imzalamaqdan imtina etdiyi saziş ABŞ-nin Ukraynanın mineral ehtiyatlarına çıxışını nəzərdə tuturdu.

Hazırda bu istiqamətdə razılaşmanın əldə olunması üçün danışıqlar davam edir.

Qeyd edək ki, "Bloomberg" nəşrinin ABŞ Geoloji Xidmətinə istinadən yaydığı məlumata görə isə, Ukraynanın böyük mineral yataqları yoxdur və Kiyev bu yolla Trampı danışıqlara cəlb etməyə çalışır.