
BAKI, 20 fevral. TELEQRAF
Avropa İttifaqı enerji, nəqliyyat və bank əməliyyatları sahələrində Suriyaya qarşı sanksiyaları ləğv etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” Aİ-nin sənəd layihəsinə istinadən məlumat yayıb.
Yanvarda alyansın nazirləri anti-Suriya sanksiyalarının yumşaldılmasına dair yol xəritəsini razılaşdırıblar, lakin detalları müzakirəyə buraxıblar.
Bildirilir ki, Aİ Şurası energetika, nəqliyyat və yenidənqurma sahələrində, habelə bununla bağlı maliyyə və bank əməliyyatlarını asanlaşdırmaq üçün bir sıra məhdudlaşdırıcı tədbirləri dayandırmağa qərar verib.