BAKI, 20 fevral. TELEQRAF

ABŞ-nin maliyyə naziri Skott Bessentin Ukraynaya səfəri zamanı onunla kobud rəftar ediblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sozlərinə görə, Bessent Kiyevə uzun bir səyahət edib, amma Ukrayna Prezidenti Volodimir Zelenski yatıb və nazirlə görüşməyib.

"O, bir neçə saat boyunca qatarda səyahət etdi, bu, təhlükəli bir səfərdir. Biz maliyyə nazirindən danışırıq. O, Ukraynaya sənəd imzalamağa getdi, amma əliboş qayıtdı", - o qeyd edib.

Görüşün əsas məqsədi ABŞ və Ukrayna arasında təbii sərvətlər barədə razılaşma əldə etmək idi. Müqavilə mətni Ukrayna tərəfinə görüşdən cəmi bir saat əvvəl təqdim olunub.

Qeyd edək ki, ABŞ-nin maliyyə naziri Skott Bessentin Kiyevə səfəri fevralın 12-i baş tutub. Bu barədə foto və video yerli və xarici mətbuatda dərc olunub.