BAKI, 20 fevral. TELEQRAF

"Gəncə" klubu basketbolçusu Vladislav Frolov ilə yollarını ayırıb.

Teleqraf-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, ukraynalı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Gəncə" klubu Frolova göstərdiyi xidmətlərinə görə təşəkkür edərək gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Vladislav Frolov mövsümün əvvəlində heyətə cəlb olunmuşdu.