BAKI, 19 fevral. TELEQRAF

Amerikalı milyarder və ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkə əhalisinin yarıdan çoxunun onu dəstəklədiyi barədə sözlərinə istehza edib.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

"O, bu qədər populyardırsa, seçki keçirmək fikrindən məmnun olmalıdır", - deyə Mask Zelenskinin "vətəndaşların 57 faizindən çoxu məni dəstəkləyir" açıqlamasına münasibət bildirərkən qeyd edib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Zelenskinin reytinqi kəskin aşağı düşüb.