
BAKI. 20 fevral. TELEQRAF
İsrail Müdafiə Qüvvələri (IDF) İsrail ərazisindən Qəzza zolağına qaçaqmal yüklər daşıyan pilotsuz uçan aparatı ələ keçiriblər.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, son günlər pilotsuz uçuş aparatlarla İsraildən Qəzzaya silah və digər yükləri daşıyan bir neçə PUA vurulub.
"İsrail təhlükəsizlik qüvvələri vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri davam etdirəcək", - deyə məlumatda qeyd olunur.