
BAKI, 20 fevral. TELEQRAF
Rusiya İstintaq Komitəsi (İK) yazıçı Mixail Lermontovun qətlinin araşdırmağa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Nikolay Burlyayev məlumat verib.
"İstintaq Komitəsindən cavab alındı, prosesin sürətlənməsi üçün birgə fəaliyyətə statrt verilib. O cümlədən texniki işlər də aparılır. İşin gedişatı ilə bağlı gedişat və nəticələr barədə məlumat verəcəyik", – o qeyd edib.
Deputatın sözlərinə görə, bir çox alim və tədqiqatçı şairin ölümündən sonra aparılan araşdırmaların doğruluğuna inanmır və əlavə yoxlamalara ehtiyac olduğunu bildirir.
Qeyd edək ki, görkəmli rus ədibi Mixail Yuryeviç Lermontov 1841-ci ildə Nikolay Martınovla dueldə həlak olub. Lermontov ilə Nikolay Martınov arasındakı duel şəxsi səbəbindən baş verib.
Ancaq Rusiya İstintaq Komitəsi Lermontovun qətli ilə bağlı araşdırma apardıqlarını təkzib edib: "Bu barədə yayılan xəbərlər reallığı əks etdirmir".