
BAKI, 20 fevral. TELEQRAF
İspaniya "Real Madrid"inin futbolçusu Kilian Mbappe "kral klubu"nda debüt mövsümündə Avropa Çempionlar Kuboku və Çempionlar Liqasında qol sayı üzrə rekordu təkrarlayıb.
Teleqraf "Opta"ya istinadən xəbər verir ki, fransalı hücumçu 2009/2010 mövsümündə Kriştianu Ronaldunun və 1961/1962 mövsümündə Xusto Texadanın 7 qolluq göstəricisinə çatıb.
Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin “Mançester Siti” ilə cavab oyununda Mbappe het-trik edib. Madrid təmsilçisi 3:1 hesabı ilə qalib gələrək, adını 1/8 finala yazdırıb. O, ötən yay Fransanın PSJ klubundan ayrılaraq "Real Madrid"ə keçib.