BAKI, 20 fevral. TELEQRAF

Yanvar ayında SWIFT (Dünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) vasitəsilə həyata keçirilən əməliyyatlarda dolların payı 50,2 faiz artaraq, dekabr ayında qeydə alınan 49,1 faizlik göstəricini üstələyib.

Teleqraf xəbər verir ki, SWIFT-in verdiyi açıqlamaya görə, dolların payı 2023-cü ilin ortalarından sonra ən yüksək səviyyəyə çatıb.

Son bir il yarımda isə dünya üzrə ümumi pul dövriyyəsində dolların orta payı 48 faiz olub. Avro orta hesabla 23 faiz, sterlinq isə 7,1 faizlə üçüncü yeri tutub. Beynəlxalq ticarətdə dollara alternativ axtaran Çinin valyutası isə dördüncü yerdə qərarlaşıb.

Onu da bildirək ki, 2023-cü ildə SWIFT vasitəsilə təxminən 11,9 milyard əməliyyat aparılıb. Əvvəlki il isə bu rəqəm təxminən 11,2 milyard dollar təşkil etmişdi.