BAKI, 19 fevral. TELEQRAF

Volodimir Zelenskinin Ukrayna prezidenti kimi legitimliyini inkar etmək “təhlükəli və yanlış”dır.

Teleqraf xəbər verir ki, Almaniya kansleri Olaf Şolts ABŞ Prezidenti Donald Trampın "Der Spiegel" jurnalına verdiyi müsahibədə Ukrayna lideri haqqında səsləndirdiyi sərt ifadələrə belə cavab verib.

“Prezident Zelenskinin demokratik legitimliyini inkar etmək sadəcə olaraq, yanlış və təhlükəlidir”, - Şolts deyib.

Onun sözlərinə görə, Zelenski hazırkı dövlət başçısı olmaqda davam edir və seçkilərin keçirilməsinin mümkünsüzlüyü ölkədə davam edən münaqişə ilə bağlıdır. Kansler deyib ki, seçkilərin keçirilməməsi Ukrayna konstitusiyasına uyğundur.