BAKI, 20 fevral. TELEQRAF

ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Ukrayna üzrə sülh sazişinin perspektivlərini “yaxşı” hesab edir, lakin onun uğurunun tərəflərin öhdəlikləri yerinə yetirmək istəyindən asılı olacağını düşünür.

Teleqraf xəbər verir ki, Mayk Vals Moskva və Vaşinqton nümayəndələri arasında ilk müsbət görüşün Ər-Riyadda baş tutduğunu bildirib.

O vurğulayıb ki, hazırda tərəflər daha ətraflı müzakirələr üçün texniki qruplar formalaşdırırlar.

Vals əlavə edib ki, bütün tərəflərin iştirakı olmadan nizamlanma mümkün deyil. Vaşinqton da bunun üzərində fəal işləyir.