BAKI, 19 fevral. TELEQRAF

"Rusiya-ABŞ danışıqlarında Ukrayna da iştirak edəcək. Biz Donald Trampla söhbət zamanı onunla danışıqlar prosesinin həm Rusiya, həm də Ukraynanın iştirakı ilə baş tutacağını dedim".

Teleqraf xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında söyləyib.

"Danışıqlar prosesinə gəlincə, Prezident Tramp mənə telefon danışığı zamanı dedi ki, əlbəttə, ABŞ danışıqlar prosesinin həm Rusiya, həm də Ukraynanın iştirakı ilə baş tutmasını istəyir. Heç kim Ukraynanı bu prosesdən kənarlaşdırmır. Ona görə də Rusiya-Amerika görüşünə belə reaksiya vermək üçün heç bir əsas yoxdur", - deyə o qeyd edib.