BAKI, 20 fevral. TELEQRAF

Texnologiya milyarderi İlon Mask rəhbəri olduğu Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) əmanətlərindən istifadə edərək, vergi öhdəliklərini artıqlaması ilə yerinə-yetirən amerikalı ailələrə 5 000 dollar “dividend” qaytarmağı düşünür.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial platformasında paylaşımlardan birinə cavabında bildirib.

Xüsusilə, 36 trilyon dollarlıq böyük borc və Respublikaçıların hazırda nəzərdən keçirdiyi 4,5 trilyon dollarlıq vergi ixtisarı fonunda bunun mümkün olub-olmayacağı hələlik sual altındadır.

The "Daily Beast" saytı "DOGE"un artıq 55 milyard dollar qənaət etdiyini, lakin bu məbləğin yalnız üçdə birini göstərə bildiyini iddia edib.

Qeyd edək ki, "DOGE" dividendinin ictimaiyyətə paylanması ideyası ilk dəfə "Azoria" investisiya şirkətinin baş direktoru və "DOGE"un məsləhətçisi Ceyms Fişbek tərəfindən "X" platformasında irəli sürülüb.

ABŞ Prezidenti Donald Tramp da Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) yığımlarının 20 faizini amerikalılara verməyi nəzərdən keçirdiklərini açıqlayıb.

Elon Maskın DOGE-nin rəhbərliyinə gətirildikdən sonra böyük işlər gördüyünü deyən Tramp milyarderin hökumətdə israf, saxtakarlıq və sui-istifadə ilə mübarizə apardığını, inflyasiyanın qarşısını aldığını bildirib.