
BAKI, 20 fevral. TELEQRAF
Aİ Ukrayna üzrə fövqəladə sammiti mart ayında keçirilə bilər.
Teleqraf xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib.
Onun sözlərinə görə, Ukraynadakı hadisələrlə əlaqədar qərar qəbul etməyin vaxtı çatıb: "İnanıram ki, mart ayında Ukrayna ilə bağlı keçiriləcək sammit Avropa Şurasının ən kritik toplantısı olacaq. Biz orada Avropa Komissiyasının təkliflərini ratifikasiya etməyə çalışacağıq. Biz təkcə hadisələri izləməli deyilik, həm də iqtisadi gücümüzü geosiyasi mövcudluğumuzla uzlaşdırmalıyıq. Avropa nəhayət ki, qitənin rəqabətqabiliyyətlilik problemlərini həll etmək üçün nəsə edir".
Baş nazir əlavə edib ki, ABŞ-la ittifaqın zəruriliyinə inanır: “Mən hesab edirəm ki, Amerikanın yeni administrasiyası və Amerika prezidenti ilə açıq, vicdanla danışmalıyıq. Biz Yunanıstan olaraq bunu edirik. Bu çox vacibdir. Bu, o demək deyil ki, biz hər şeylə razıyıq”.