BAKI, 20 fevral. TELEQRAF

Türkiyə Futbol Federasiyası (TFF) Super Liqanın XXV turunda "Qalatasaray" "Fənərbağça" komandaları arasında keçiriləcək oyunun hakimlərini açıqlayıb.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, fevralın 24-də "RAMS Park"da oynanılacaq qarşılaşma slovenyalı referi Slavko Vinçiçə tapşırılıb.

Vinçiçə həmyerliləri Tomas Klançnik və Andras Kovaçiç yan xətt hakimləri kimi yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Kadir Sağlam yerinə yetirəcək.

45 yaşlı baş hakim ötən mövsüm UEFA Çempionlar Liqasında "Borussiya" (Dortmund, Almaniya) və "Real Madrid" (İspaniya), 2021/2022 mövsümündə isə Avropa Liqasında "Ayntraxt" (Almaniya) və "Reyncers" (Şotlandiya) komandaları arasındakı final final oyununu da idarə edib.

2010-cu ildən FIFA referisi adını alan Vinçiç ilk olaraq, AVRO-2012-də iş başında olub.