
BAKI, 19 fevral. TELEQRAF
ABŞ Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Key Starmerin Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün Vaşinqtona səfərini gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals "Fox News"a müsahibəsində bildirib.
O qeyd edib ki, bu yaxınlarda ABŞ rəsmiləri münaqişəni müzakirə etmək üçün Münxen də daxil olmaqla Avropaya səfər ediblər. Vals əlavə edib ki, Makron və Starmerlə qarşıdakı görüşlər münaqişənin həllinə töhfə verəcək.