.jpg)
BAKI, 20 fevral. TELEQRAF
Çexiya Prezidenti Petr Pavel Ağ Ev rəhbəri Donald Trampın Ukrayna lideri Volodimir Zelenskini "diktator" adlandırmasını tənqid edib.
Teleqraf xəbər verir ki, Çexiya lideri bu barədə "X" səhifəsində məlumat verib.
"Seçkilər qonşu nüvə dövlətinin təcavüzündən üç ildir özünü müdafiə edən bir ölkədə keçirilsəydi, onların nə dəyəri olardı?" - o yazıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada seçkilərin keçirilməməsini əsas gətirərək Zelenskinin legitim prezident olmadığını bəyan edib və onu "diktator" adlandırıb.