BAKI, 20 fevral. TELEQRAF

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Maliyyə Nazirliyində nazir, Azərbaycan – İsrail Birgə Hökumətlərarası Komissiyasının həmsədri Zeev Elkin ilə iki ölkə arasında iqtisadi əməkdaşlığı videokonfrans formatında müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında qeyd edib.

M.Cabbarov bildirib ki, həmkarı ilə iqtisadi əməkdaşlıq və Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı gündəlikdə olan məsələlərə diqqət yetirilib.