
BAKI, 20 fevral. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampdan Amerika qoşunlarının Avropa ölkələrindən çıxarılmasını tələb edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, söhbət Putinin 2021-ci ildə səsləndirdiyi tələblərdən gedir. Tələb olunurdu ki, NATO öz ordusunu Avropadan çıxarsın.
Ekspertlər Trampın belə şərtlərlə razılaşacağını gözləyirlər. Onlar hesab edirlər ki, tələblərin yerinə yetirilməməsi Rusiya tərəfinin Litva, Latviya və Estoniyaya hücumuna, həmçinin Rusiya ilə Polşa arasında münaqişənin başlamasına səbəb ola bilər. Nəşr ABŞ qoşunlarının mövcudluğunun bu ölkələrin müstəqilliyinin ən böyük təminatı olduğunu vurğulayır.