BAKI, 17 fevral. TELEQRAF

Kolumbiya Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti qısa uçuş-enmə zolaqları olan gəmilərdə havaya qalxıb düşmə qabiliyyətinə malik "Bayraktar TB3"ün əməliyyat imkanlarını yoxlamaq üçün Türkiyəyə gələcək.

Teleqraf xəbər verir ki, bu barədə Kolumbiya mətbuatında məlumat verilib.

Qeyd edilir ki, ölkə kifayət qədər yüksəkliyə və avtonom xüsusiyyətlərə malik uzaqdan idarə olunan təyyarə və PUA-larla maraqlanır və bu çərçivədə Kolumbiya Hərbi Hava Qüvvələrinin inventarını gücləndirməyi hədəfləyir.

Bu məqsədlə Kolumbiya Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti "Bayraktar TB3"ün xüsusiyyətləri haqqında ətraflı məlumat öyrənmək üçün Türkiyəyə səfər edəcək.