
BAKI, 20 fevral. TELEQRAF
Nəsimi rayonu ərazisində bir vətəndaşın dələduzluğa məruz qalması və 10550 manatının ələ keçirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı S.Mahmudov müəyyən edilərək saxlanılıb.
Bundan başqa Binəqədi rayonu ərazisində vətəndaşın etibarından sui-istifadə edərək 2500 manatını ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı E.Şahmuradovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin olunub.
Araşdırmalar aparılır.