BAKI, 17 fevral. TELEQRAF

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Prezident Vladimir Putinin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov, ABŞ ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Bu gün Vladimir Putin tərəfindən verilən tapşırıqla xarici işlər naziri Sergey Lavrov və prezidentin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov Ər-Riyada yola düşürlər. Onlar fevralın 18-də ABŞ nümayəndələri ilə görüş keçirəcəklər", - Kremlin nümayəndəsi bildirib.