BAKI, 17 fevral. TELEQRAF

HƏMAS Fələstin Azadlıq Təşkilatına məktub göndərib.

Teleqraf xəbər verir ki, məktubda Qəzzada hakimiyyətin Fələstin milli administrasiyasına ötürməyə hazır olduğunu bildirib.

Bu barədə məlumatı "Sky News Arabia" yayıb.

HƏMAS qarşılığında bircə şərt irəli sürüb: Qəzza məmurları yeni administrasiyada iş yeri ilə təmin olunmalıdırlar.