BAKI, 17 fevral. TELEQRAF

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp fevralın sonuna qədər şəxsən görüşəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə "Newsweek" öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, görüş Səudiyyə Ərəbistanında baş tutmalıdır. Gələn həftə orada dövlət başçılarının görüşünün yekun detallarını müzakirə etmək üçün işçi qrupun danışıqları başlayacaq.

Öz növbəsində bu gün ABŞ Prezidenti Donald Tramp da Rusiya lideri Vladimir Putinlə görüşünün “çox yaxında” baş tutacağını deyib.