NATO müvafiq təhlükəsizlik zəmanəti verməsə, münaqişə bitdikdən sonra Latviya öz qoşunlarını Ukraynaya göndərməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu respublikanın Baş naziri Evika Silina "Der Spiegel" jurnalına Latviya qoşunlarını Ukraynaya göndərib-göndərməyəcəyi ilə bağlı suala cavabında deyib.

"Bu əsgərlərə təhlükəsizlik zəmanətini kimin verəcəyindən asılıdır. Məsələn, NATO-dan təminat olmadan bunu etməyəcəyik", - o bildirib.

Eyni zamanda, Latviyanın baş naziri Avropa qoşunlarının Ukraynada atəşkəsin təmin edilməsində iştirak edə biləcəyini nəzəri cəhətdən mümkün adlandırıb.

"Bu, tamamilə mümkündür. Ancaq sual yaradan məqam ukraynalıların bunu həqiqətən də istəməsidir", - Silina vurğulayıb.