Niger hökuməti Ukrayna ilə diplomatik münasibətləri dərhal kəsdiyini elan edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Nigerin rəsmi nümayəndəsi Amadu Abdramanın sözlərinə görə, Niamey “ Ukrayna təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etmək” qərarına gəlib.

Keçən il çevrilişdən sonra Nigerdə ​​hakimiyyəti ələ keçirən Vətəni Müdafiə Milli Şurası Kiyevi “terrorçu qrupları dəstəkləməkdə” ittiham edir.