Livan hökuməti Colan təpələrindəki Məcdəl Şəms kəndində dinc sakinlərə qarşı hücumu pisləyib və bütün cəbhələrdə hərbi əməliyyatları dayandırmağa çağırıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə hökuməti bəyanat yayıb.

“Livan hökuməti hər hansı mülki əhaliyə qarşı bütün zorakılıq və hücumları pisləyir və bütün cəbhələrdə hərbi əməliyyatları dərhal dayandırmağa çağırır”, - bəyanatda deyilir.

Livan hakimiyyəti qeyd edir ki, mülki şəxslərə hücum beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.