BAKI, 29 sentyabr. TELEQRAF

Türkiyə Futbol Federasiyasının (TFF) Hakimlər Komitəsinin sədri Ferhat Gündoğdu saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli “Milliyet” nəşri məlumat yayıb.

Bildirilib ki, Gündoğdu və komitənin daha 6 üzvü hakimlərlə bağlı araşdırma çərçivəsində “mobbing” (iş yerində psixoloji təzyiq) və rəsmi sənəddə saxtakarlıq ittihamları ilə saxlanılıb.

Hadisə ilə bağlı araşdırma davam edir.