"Əziz mübarizə yoldaşlarım! Sabah hamınızdan xahiş edirəm ki, günə tez başlayın və ən geci saat 06:30-a kimi seçki qutusunda olun".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Ərdoğan sosial media hesabından etdiyi paylaşımda yazıb.
O daha sonra əlavə edib:
"Qutuya nəzarət edən qardaşlarım, siz yaxşı bilirsiniz ki, sandıq şərəfdir və seçim o qutuda qazanılır. Hər birinizə seçki qutusunda uğurlar arzulayıram. Allah yardımçınız olsun".