Türkiyədə azyaşlı bəy və gəlinin toyu olub.
Teleqraf.com Türkiyə mətbuata istinadən xəbər verir ki, Şanlıurfada nikahsız olaraq evləndirilən suriyalı 13 yaşlı gəlin ilə 14 yaşlı bəy nəzarət altına alınaraq Ailə və Sosial Siyasət Müdirliyinin sığınacağına yerləşdirilib.
Polisin verdiyi məlumata görə, Suriyanın Hələb şəhərindən qaçaraq Şanlıurfaya gələn Velid C. ailəsi ilə birlikdə Qaraqoyun məhəlləsində icarəyə götürdükləri evdə qalmağa başlayıb. Velid 14 yaşındakı oğlu Yasini Diyarbəkirə yerləşən qardaşının 13 yaşlı qızı Büşra ilə evləndirmək qərarı verib. Bu qərarın ardından Yasin və Büşra nikahsız olaraq evləndirilib. Qonşular evləndirilən cütlüyün uşaq yaşda olduğunu görüncə vəziyyəti polisə bildirdiblər. Məhəlləyə gələn polislər gəlini, bəyi və oğlanın valideyinlərini nəzarətə alıblar.
Polis gəlin və bəyi qoruma altına almaq üçün iki ailə haqqında prokurorluqda cinayət işi açılması üçün şikayət göndərib. İfadə verdikdən sonra bəyin valideynləri sərbəst buraxılıb.
Prokurorluq üzərində rəsmi sənəd olmayan uşaqların dəqiq yaşının təyin olunması üçün yaş testi edilməsini də istəyib.
Rüstəm