BAKI, 26 avqust. TELEQRAF

Ukrayna Prezidenti Vodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Mixail Drapatı ilə birlikdə cəbhə bölgəsində hərbçilərlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı məlumat verib.

“Bu gün Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapatı ilə birlikdə cəbhədə - Oleksandrovka istiqamətində olduq. Hərbçilərlə görüşdük”, - Zelenski bildirib.

Ukrayna lideri fərqlənən hərbçiləri təltif edib.