BAKI, 26 avqust. TELEQRAF
Özbəkistan Prezident Administrasiyasının (PA) rəhbəri Səidə Mirziyoyeva Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, Ümumçin Xalq Nümayəndələri Şurası Daimi Komitəsinin sədri Çjao Letszi ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə Özbəkistan-Çin münasibətlərinin gücləndirilməsi müzakirə edilib.
Parlamentlərarası dialoqun da yeni mərhələyə yüksəldiyi bildirilib.
“Çin tərəfinin dəstəyini, həmçinin nəqliyyat, ticarət, təhsil və mədəniyyət sahələrində konkret layihələri birgə həyata keçirmək istəyini yüksək qiymətləndiririk. Qarşımızda çoxlu ortaq planlar var. Əsas vəzifə isə onları ardıcıl şəkildə həyata keçirməkdir”, - Səidə Mirziyoyeva görüşlə əlaqədar bildirib.