BAKI, 26 avqust. TELEQRAF
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Finlandiya Prezidenti Aleksandr Stubbu Rusiya ərazisinə zərbələr endirilməsi ilə bağlı açıqlamasından sonra “əsl axmaq” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“Hər halda, Finlandiya Prezidenti əsl axmaqdır. O, Rusiyanın “Wildberries” bazarına hücumlarla əlaqədar məğlubiyyətindən danışır. Peşəkar hazırlıq səviyyəsi aşağı səviyyədədir. Mənəvi cəhətdən çirkin və axmaqdır. Yeri gəlmişkən, o, Finlandiya xarici işlər naziri işləyərkən də belə idi”, - Medvedev bildirib.
Stubb bundan əvvəl anbarlara və logistika infrastrukturuna zərbələrin Rusiyanı sülh danışıqlarına girməyə məcbur edəcəyini söyləmişdi. Həmçinin o, Qərb ölkələrinin Ukraynaya hərbi və maliyyə dəstəyi göstərməyə davam etməli olduğunu, o cümlədən Rusiya ərazisinin dərinliklərinə dronlar və raketlərlə zərbə endirmək imkanı yaratmalı olduğunu vurğulamışdı.