BAKI, 26 avqust. TELEQRAF
“Əgər yaxın gələcəkdə Ermənistanın Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü ilə bağlı referendum keçirilsəydi, Rusiya Ermənistan əhalisinin buna necə reaksiya verəcəyindən çox məyus olardı”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
“Hətta bizim partiyaya (“Vətəndaş Müqaviləsi”) səs verməyən insanlar belə Rusiyanın 2020-ci il müharibəsi zamanı mövqeyindən və ondan sonrakı hadisələrdən, müxtəlif jurnalistlərin, ictimai və dövlət xadimlərinin açıqlamalarından, eləcə də Belarus hakimiyyətinin bəyanatlarından çox inciyiblər”, - o bildirib.
Alen Simonyan Ermənistanın öz seçimini edəcəyini də qeyd edib: “Bu məsələ reallaşanda seçimimizi edəcəyik. Hazırda Avropa İttifaqına üzvlük üçün konkret addımlar yoxdur. AİB-dən çıxmaq istəmirik və çıxmayacağıq”.
Təhlükəsizlik Şurasının katibi Rusiyaya Ermənistanın dəmir yollarının idarə olunmasını üçüncü tərəfə təhvil vermək istəyinin siyasi addım olmadığını vurğulayıb:
“Rusiyadan çeviklik göstərməsini xahiş edirik və istəyirik ki, bu dəmir yolları fəaliyyət göstərsin. Əks halda, mövcud yanaşma “axurdakı it” ifadəsinə (“nə özü yeyir, nə də başqasını yeməyə qoyur”) uyğun gəlir. Əgər vəziyyətdən çıxış yolu tapmaq mümkün olmasa, Ermənistan məhkəməyə müraciət edə bilər. Çünki dəmir yolunun fəaliyyəti milli təhlükəsizlik məsələsidir”.