BAKI, 26 avqust. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putin gələn həftə Qırğızıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
İranın Rusiyadakı səfiri Kazım Cəlali telekanala bildirib ki, Pezeşkian və Putin bazar ertəsi günü Bişkekdə başlayacaq sammit çərçivəsində görüşəcək.