BAKI, 26 avqust. TELEQRAF

“Ukraynanın Rusiya ilə müharibədə tam məğlubiyyəti 2026-cı ilin qışında baş verəcək”.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın Raket və Artilleriya Elmləri Akademiyasının məsləhətçisi polkovnik-leytenant Oleq İvannikov iddia edib.

“Ukraynanın məğlubiyyəti üçün son dönüş nöqtəsi bu ilin qışına təsadüf edəcək”, - o bildirib.

İvannikov hesab edir ki, buna bir neçə amil səbəb ola bilər: Ukrayna Silahlı Qüvvələrinin silah itkilərini kompensasiya edə bilməməsi və ölkənin iqtisadi çöküşü.