BAKI, 3 noyabr. TELEQRAF

“Ermənistan beynəlxalq məhkəmə instansiyalarına təqdim etdiyi Azərbaycan əleyhinə iddiaları Azərbaycanla yekun sülh müqaviləsi imzalandıqdan sonra geri götürəcək”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş nazir Administrasiyasının rəhbəri Lilit Makunts parlament komitələrinin birgə iclasında bildirib.

“Ermənistan beynəlxalq instansiyalarda öz maraqlarının müdafiəsindən heç vaxt imtina etməyəcək. Ermənistan və Azərbaycan arasında mövcud mübahisələrə gəlincə, sülh prosesinin məntiqinə uyğun olaraq, qarşılıqlı iddiaların geri götürülməsi barədə qərar qəbul edilə bilər. Amma bu, yalnız Ermənistan və Azərbaycan yekun sülh müqaviləsini imzaladıqdan sonra mümkündür”, - Makunts qeyd edib.